Online (www.rizalli.az saytından) sifariş verdiyiniz və ödəməsini etdiyiniz məhsullar tərəfimizdən çatdırma şərtlərinə uyğun olaraq ünvanınıza çatdırılır(Qapıda ödəniş seçimi də mövcuddur) . Müştəri sifarişdən imtina barədə mütləq əvvəldən xəbər verməlidir.
Dəyişikliklər mütləq orijinal qutu və ya qablaşdırma ilə birlikdə aparılmalıdır.
1. İstehlakçı məhsulun təslim edilməsindən etibarən 14 gün ərzində məhsulu dəyişmək hüququna malikdir.
2. Orijinal qutusu/qablaşması pozulmuş təkrar satılmaq qabiliyyətini itirmiş, bir başqa müştəri tərəfindən alınması mümkün olmayan və müştəri tərəfindən zədə görmüş məhsulların dəyişikliyi qəbul edilmir.
“Rizalli” tərəfindən məhsula dəyişiklik etmək üçün, məhsul qablaşdırmanın və qutu görünüşünün zərər görməmiş olması, məhsulun yeni olaraq təkrar satılabilən bir vəziyyətdə olması və müştəri tərəfindən zədə görmüş olmaması şərtdir.
Dəyişiklik etmək istədiyiniz məhsul ilə birlikdə orijinal fakturanı da təslim etməyiniz vacibdir. Bu sənədlər və məhsul/məhsullar tərəfimizdən təhvil alındığı zaman, lazımi nəzarətlər aparılır. Həmin proseslər yekunlaşdıqdan sonra məbləğ tərəfinizə ödənənilir və ya yeni məhsulla əvəz edilir. Müştəri məhsulu təhvil alarkən mütləq ödəniş barədə fakturanı tələb etməlidir. Eyni zamanda “Rizalli” mağazalar şəbəkəsinin əməkdaşları da fakturanı çatdırma zamanı təqdim etməlidir. (Faktura (satış çeki) çatdırılma zamanı gətrilməyibsə, bu qeydə alınmalı və növbəti gün ərzində müştəri aldığı məhsulun fakturasını əldə etməlidir)